Azərbaycanda orta aylıq əməkhaqqı 7,6% artıb

Azərbaycanda orta aylıq əməkhaqqı 7,6% artıb Orta aylıq əməkhaqqı 489,5 manata çatıb
Maliyyə
13 İyul , 2016 14:27
Azərbaycanda orta aylıq əməkhaqqı 7,6% artıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 % artaraq 489,5 manat olub.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Cari il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub, onlardan 891,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6%-i təhsil, 18,9%i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,5%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi