Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb Əmək haqqı 2016-cı ilin yanvar-noyabr aylarında 494,3 manat təşkil edib
Maliyyə
24 Yanvar , 2017 15:41
Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında 2016-cı ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7% artaraq 494,3 manat təşkil edib.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, orta aylıq əmək haqqı neft sektorunda 2 773,7 manat, qeyri-neft sektorunda 440,2 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 371,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 669,3 manat olub.

Statistikaya əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Son xəbərlər

Orphus sistemi