Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb Muzdla işləyənlərin 22%-i təhsil sahəsində çalışır
Maliyyə
11 Avqust , 2016 17:59
Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında bu ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu ilin iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 521,1 min nəfər olub, onlardan 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,2%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi