Yuxarı
    Bağlamaq

    Azərbaycanda orta aylıq əmək haqqı 500 manata yaxınlaşır

    Son bir ildə bu rəqəm 7% artıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 493,8 manat olub. 

    Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1513,7 min nəfər olub, onlardan 888,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 625,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 22,1%-i təhsil, 19%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,1%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi