Yuxarı

​Azərbaycanda orta aylıq əmək haqqı 4%-dək artıb

Əmək haqqının daha yüksək olduğu sahələr açıqlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artraq 452,3 manat olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu ilin mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 504,7 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,9%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi