Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq

Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq KOS subyektlərinin müflisləşməsi məsələləri üzrə ixtisaslaşmış məhkəmələrin yaradılacaq
Maliyyə
22 Dekabr , 2016 20:49
Azərbaycanda onlayn müflisləşmə və ya iflas reyestri yaradılacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Müflisləşmə hallarında kredit ödənişləri səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda hüquqi prosedurların və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.

Sənəddə bildirilib ki, KOS subyektlərinin müflisləşməsi məsələlərinə məhkəmə baxışını sürətləndirmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçiriləcək. Bu orqan KOS subyektləri, banklar və digər kreditorlar arasında iflas məsələlərini də həll edəcək. Bu məqsədlər üçün müvafiq orqanlara KOS subyektlərinin fəaliyyət qabiliyyətini qiymətləndirmək, tərəflər arasında müzakirə və danışıqları təşkil etmək, borcların restrukturizasiyasında kömək etmək, fəaliyyət qabiliyyəti olmayan təsərrüfat subyektlərinin ləğvi və belə subyektlərə iddianın yönəldilməsi üzrə prosedurları sürətlə icra etmək hüquqları veriləcək.  Azərbaycanda müflisləşmə prosedurları və ikinci fürsət sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə onlayn müflisləşmə və ya iflas reyestrinin yaradılması nəzərdən keçiriləcək. 

Bundam əlavə, reyestrin yaradılması çərçivəsində yenidən təşkiledilmə prosedurları, eləcə də əmlak inzibatçısının funksiyaları daha da təkmilləşdiriləcək. Bundan əlavə, əmlak inzibatçılarının peşəkar iş standartları, əxlaq qaydaları və ya intizamı haqqında qaydalar yaradılacaq. “Müflisləşmə və iflas haqqında” Qanunda müvafiq dəyişikliklər hazırlanacaq, prosedurların beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkmilləşdirmələr aparılacaq. Bu təkmilləşdirmələr mübahisələrin məhkəmədənkənar həlli imkanlarını da əhatə edəcək. Reyestrin yaradılması yenidən fəaliyyətə başlamaq istəyən sahibkarlıq subyektlərinə ikinci fürsət verilməsinə imkan yaradacaq. Nəticədə KOS subyektlərinin bərpa (iflas vəziyyətindən) tempinin qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq 4 faizə çatdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi