Yuxarı

Azərbaycanda oktyabrda üç icbari sığorta növü üzrə 9 min müqavilə bağlanıb

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,4 mln. manatı ötüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8 489, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanıb. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan məlumat verilib.

Məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 415 171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24 240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8 840 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 32,1% artım və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,8% azalma müşahidə edilib.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 28,4%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü isə belədir:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi