​Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb

​Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb Ötən ilin müvafiq dövründə isə illik artım 3% olub
Maliyyə
15 Avqust , 2016 13:56
​Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanda ödənişli ali təhsil haqqı bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb. 

"Report"un Dövlət Statistika Komitəsinin əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indesklərinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövründə isə illik artım 3% təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri iyun ayına nisbətən 1,0 %, yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,7% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi