Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft sektorunun dövlət büdcəsində payı azalıb

    Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən ən yüksək göstəriciyə çatıb© Report.az

    Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsində neft sektorunun payı 54,8% proqnozlaşdırılsa da, icraya əsasən 52,7% təşkil edib. 2015-ci il dövlət büdcəsinin icrasına əsasən, neft sektorunun dövlət büdcəsində payı 58,4% olub.

    "Report" bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

    2016-cı il dövlət büdcəsinin neft gəlirləri 9 225 mln. manat təşkil edib. Belə ki, Dövlət Neft Fondundan transfert 7 615 mln. manat, SOCAR-ın vergi ödənişləri 1 252 mln. manat, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi 358 mln. manat olub.

    Ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7 714,8 min manat çox olub.

    2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə büdcə xərclərinin ÜDM-in 29,4%-nə bərabər olub.

    Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi