Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb İki ayda ATM və POS-terminallar vasitəsilə 168 mln. manat həcmində əməliyyat həyata keçirilib
Maliyyə
13 Aprel , 2017 15:02
Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-fevral ayları ərzində ATM və POS-terminallar vasitəsilə 168 mln. manat həcmində 2 414 min əməliyyat həyata keçirilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 mln. manat və ya 43,6% artıb. Əməliyyatların 117 mln. manatı POS-terminallar, 51 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 53 mln. manat və ya 82,8% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 2 mln. manat və ya 3,8% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi