Yuxarı
    Bağlamaq

    Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

    Apreldə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 15% azalaraq 61 mln. manata düşüb

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 335 mln. manat həcmində 4 862 min əməliyyat həyata keçirilib.

    "Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. manat və ya 44,4% artıb.

    Əməliyyatların 250 mln. manatı POS-terminallar, 85 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 115 mln. manat və ya 85,2% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 12 mln. manat və ya 12,4% azalma qeydə alınıb.

    Hesabata əsasən, cari ilin aprel ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 11 mln. manat və ya 15,3% azalaraq 61 mln. manat,  ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməz qalaraq 17 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi