Yuxarı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 13% artıb

POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmi isə 72% artıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycanda POS-terminallar vasitəsilə 55 mln. manat həcmində 699 min əməliyyat həyata keçirilib. Mərkəzi Bankdan "Report"a verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ödənişlərin həcmində 71,9% artım, sayında isə əksinə 18% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk 8 ayı ilə müqayisədə 20% artaraq cari ilin yanvar-avqust aylarında 311 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,6% artaraq 42 mln. manat, sayı isə 2 dəfə artaraq 102 min ədəd olub. Hesabata əsasən, cari ilin yanvar-avqust aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 4% artaraq 212 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə avqustda cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 64,4% artaraq 97 mln. manata çatıb. Yanvar-avqust aylarında isə bu göstərici illik müqayisədə 12,7% artaraq 523 mln. manat olub.

Qeyd edək ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Təkliflərdən biri 1 000 manatdan artıq olan bütün ödənişlərin nağdsız aparılması tələbi, digəri isə bu ödənişlərə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi