Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə ciddi müqavimət var

Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə ciddi müqavimət var Bank, tikinti, neft və ticarət sektorunda vergi daxilolmaları üzrə ciddi azalma müşahidə olunur
Maliyyə
30 Noyabr , 2016 13:03
Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə ciddi müqavimət var

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalma var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, idman-mərc oyunları sahəsində vergidən yayınanlar çoxdur: "Ötən dövr ərzində 105 mindən çox yeni vergi ödəyicisi qeydə alınıb. Onların 20 mindən çoxu hüquqi şəxslərdir".

Nazir müavini deyib ki, nağdsız ödənişlərlə bağlı hökumətə təkliflər verilib: "Bu, çox ciddi vergi bazasıdır. Biz 2011-ci ildə də bununla bağlı təkliflər irəli sürmüşdük. Amma deyim ki, çox ciddi müqavimət var".

Son xəbərlər

Orphus sistemi