Azərbaycanda nağd pul kütləsinin həcmi artır

Azərbaycanda nağd pul kütləsinin həcmi artır Proqnoz: Nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabitləşəcəyi gözlənilir
Maliyyə
11 Yanvar , 2017 17:42
Azərbaycanda nağd pul kütləsinin həcmi artır

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il dekabr ayının 1-nə 6 332,9 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq iki ay artım göstərib. Belə ki, oktyabrda artım 96,9 mln. manat və ya 1,56%, noyabrda isə 41,3 mln.manat və ya 0,66% təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə nağd pulun həcmi 915,4 mln. manat və ya 16,9% artıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 594,1 mln. manat və ya 10,35% artım göstərib.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında (11 144,4 mln. manat) qeydə alınıb. Yəni, 2016-cı il dekabrın 1-də açıqlanan göstərici tarixi maksimal həddən 4 811,5 mln. manat və ya 43,17% aşağıdır.

"Report"un analitik qrupu hesab edir ki,  AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiyası və bununla yanaşı, qiymətli kağızlar bazarında istiqraz satışı vasitəsilə dövriyyədə olan nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabitləşməsinə çalışacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi