Azərbaycanda nağd pul kütləsi yenidən artıb

Azərbaycanda nağd pul kütləsi yenidən artıb Aprelin 1-nə bu rəqəm 7 277,5 mln. manat olub
Maliyyə
4 Aprel , 2017 10:38
Azərbaycanda nağd pul kütləsi yenidən artıb
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda pul bazası bu il aprelin 1-nə 7 277,5 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 290,5 mln. manat və yaxud 4,2% çoxdur.

İlin əvvəli ilə müqayisədə ölkədə nağd pul kütləsi 583 mln. manat və yaxud 7,4% azalıb, son 1 ildə isə 741,7 mln. manat və yaxud 11,3% artıb. 

Son xəbərlər

Orphus sistemi