​Azərbaycanda nağd dollara tələbat kəskin azalıb

​Azərbaycanda nağd dollara tələbat kəskin azalıb Bununla yanaşı, əhali nağd avro ilə mübadilə əməliyyatlarını da azaldıb
Maliyyə
9 İyul , 2015 15:26
​Azərbaycanda nağd dollara tələbat kəskin azalıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycanda nağd ABŞ dolları ilə mübadilə əməliyyatları zamanı adıkeçən valyutaya tələbin azaldığı müşahidə olunub. Belə ki, may ayında əhali tərəfindən xalis dollar alışı 83,173 mln. dollar təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aprel ayı ərzində xalis dollar satışı 1 142,7 mln. dollar olub. Yəni may ayında xalis alış bir ayda 1 059,6 mln. dollar və ya 92,7% azalıb.

Hesabat dövrü ərzində vahid Avropa valyutasının xalis alışı isə 56,069 mln. avro təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 2,495 mln. avro və ya 4,2% azdır.

Eyni zamanda, Rusiya rublu ilə may ayında xalis satış qeydə alınıb və 689,984 mln. rubl təşkil edib. Nəticədə, əhali son bir ayda rublun xalis satışını 13,4% artırıb.

Son xəbərlər

Orphus sistemi