Yuxarı

Azərbaycanda ​muzdla çalışanların orta aylıq nominal əmək haqqı 4,6% artıb

Noyabrın 1-nə qədər muzdla çalışan işçilərin ölkə üzrə sayı 1,505 mln. nəfərə çatıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında bu ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq 462,0 manat olub. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il noyabrın 1-nə olan vəziyyətə görə, muzdla çalışan işçilərin sayı 1 504,7 min nəfər olub, onlardan 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bununla belə, muzdla işləyənlərin 22,3%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi