Yuxarı

Azərbaycanda muzdla çalışanların nominal əməkhaqqı 8% artıb

Ötən ilin müvafiq dövrünə nisbətən əməkhaqqı 480,1 manat təşkil edib

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8% artaraq 480,1 manat təşkil edib. “Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əməkhaqqı neft sektorunda 2774,6 manat, qeyri-neft sektorunda 425,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 355,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 659,3 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi