Azərbaycanda müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması təklif edilir

Azərbaycanda müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması təklif edilir Tənzimləyici tərəfindən sığorta bazarının inkişafı istiqamətində ciddi addımlar atılmalıdır
Maliyyə
22 May , 2017 11:40
Azərbaycanda müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması təklif edilir

Bakı. 22 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən görüləcək vacib işlərdən biri kimi cbari sığorta növlərinin satışı üzrə daha praktiki və rasional nəzarət mexanizmlərinin axtarılaraq tətbiq olunması məqsədəuyğundur.

"Report"un verdiyi xəbərə görə, bu barədə "PAŞA Həyat Sığorta" ASC-nin maarifləndirmə şöbəsinin müdiri, Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü, Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Pərviz Quliyev "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib: "Beynəlxalq Sığorta Forumunda tənzimləyici orqanın rəsmisi tərəfindən qeyd olunan bir fakt, yəni əmlakın icbari sığortası üzrə mövcud potensialının cəmi 25%-nin işlədiyi faktı onu deməyə əsas verir ki, icbari sığortanın satşında da lazımi nəzarət mexanizmləri qurulmayıb".

O qeyd edib ki, tənzimləyici tərəfindən bazarın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır:  "Məsələn, əhalinin sığorta sahəsində kütləvi maarifləndirilməsi üçün televiziya kanallarının birində sığorta maarifləndirilməsi ilə bağlı proqramın yaradılması və daimi əsasda sığorta xidmətləri barədə geniş məlumatların verilməsi məqsədəuyğun olardı.Bununla yanaşı, müxtəlif icbari sığorta növlərinin layihələrinin hazırlanması və Milli Məclisə təqdim olunması, eyni zamanda həmin məhsullların tətbiqi sığorta bazarının gələcək inkişafı üçün təkan ola bilər".

Onun sözlərinə görə, sığorta şirkətləri maarifləndirmə istiqamətində fəaliyyəti genişləndirməli və bu istiqamətdə daimi əsasda görüləcək işləri aktivləşdirməlidir. Çünki bazarın inkişafı və sığorta mükafatlarının artımı ilk növbədə sığortaçıların marağındadır.

"Sığorta şirkətlərinin ilin sonunda növbəti il üçün görüləcək işlərin xərclər büdcəsini planlaşdırarkən, maarifləndirmə ilə bağlı tədbirlərin siyahısını illik plana daxil etməsi daha məqsədəuyğun olardı", - deyə P.Quliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi