Azərbaycanda mühasiblərin növbəti forumu keçiriləcək

Azərbaycanda mühasiblərin növbəti forumu keçiriləcək Forumun ana mövzusu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar”dır
Maliyyə
2 Oktyabr , 2017 13:05
Azərbaycanda mühasiblərin növbəti forumu keçiriləcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 27-də Bakıda ənənəvi Azərbaycan Mühasiblər Forumu (“AAF-2017”) keçiriləcək. 

Bu barədə “Report”a Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasından (ARPA) məlumat verilib. 

Məlumata görə, forumun ana mövzusu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar”dır. Tədbirin məqsədi 1 yanvar 2018-ci il tarixindən qüvvəyə minəcək “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Maliyyə Alətləri” sənədinin tətbiqinin üstünlükləri, maliyyə qurumları, mühasiblərin üzləşə biləcəyi çətinliklər və onların aradan qaldırılması yollarını araşdırmaq, peşəkarların tövsiyələrini dinləmək və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır: 

“Banklarda hesabatvermə sahəsində köklü dəyişikliklərə səbəb olacaq standart, banklarda maliyyə, risk idarəetməsi və İT bacarıqlarını özündə ehtiva edən geniş və müxtəlif tədbirlərin həyata keçirilməsi zərurəti yaradır. Bununla əlaqədar ARPA bilavasitə MHBS 9 əsasında çalışacaq mütəxəssisləri forumda fəal iştirak etməyə çağırır”, - deyə məlumatda qeyd edilib. 

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Deloitte”, “PwC”, “EY” və s. audit şirkətlərindən olan yerli və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulub.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi