Yuxarı

​Azərbaycanda mühasiblər üçün vahid model hazırlanıb

Mühasiblərin ilk sertifikatlaşma imtahanı iyulun 8-də baş tutacaq

Bakı. 26 may. REPORT.AZ Bu gün Bakıda "Gələcəyə baxış: Azərbaycan bank sektorunun üzləşdiyi risklər və çağırışlar" mövzusunda risklərin idarə edilməsi forumu keçirilir.

"Report"un verdiyi xəbərə görə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud bildirib ki, konfrans mütəxəssislərin risk maarifləndirmə və idarə edilməsində son tendensiyalar haqqında öyrənmək üçün əlavə vasitədir.

"Yeni planlarımız var və ona uyğun fəaliyyətimizi davam etdiririk. ARPA ümumi maliyyə sektorunun mütəxəssislərinin ictimai birliyidir. ARPA mühasiblər üçün vahid model hazırlayıb. Maliyyə Nazirliyi, Dünya Bankı və digər qurumlarla sıx əməkdaşlıq aparılır. GRBS şirkəti ilə sertifikasiyanın təşkili üzrə razılıq imzalanıb. İyulun 8-də mühasiblərin sertifikatlaşması üzrə ilk imtahan keçiriləcək. Universitetlərlə də əməkdaşlıq olunur. Qafqaz Universiteti ilə artıq müqavilə imzalanıb. Maliyyə hesabatlılığının inkişafı üçün tədbirlər nəzərdə tutulub. Sığorta bazarı istiqamətində də müəyyən işlər aparılıb".

ARPA sədri qeyd edib ki, maliyyə institutunun ölçüsündən asılı olmayaraq, tələb edilən vəzifə risklərin peşəkar idarə olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi