Yuxarı

Azərbaycanda MHŞT-nin tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib

İclasda Azərbaycanda keçiriləcək MHŞT üzrə qiymətləndirməyə dair təşkilati məsələlər müzakirə olunub

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

ARDNF-dən "Report"a verilən məlumata görə, iclas zamanı Azərbaycanda keçiriləcək MHŞT üzrə qiymətləndirməyə dair təşkilati məsələlər, prosesin həyata keçirilməsi və bununla bağlı digər müddəalar müzakirə olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi