Azərbaycanda məcmu bank depozitləri 6% azalıb

Azərbaycanda məcmu bank depozitləri 6% azalıb Xarici valyutada azalan depozitlər manatla artıb
Maliyyə
11 Aprel , 2016 15:23
Azərbaycanda məcmu bank depozitləri 6% azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2016-cı il mart ayının 1-nə 21 285,4 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, depozitlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 1 291,1 mln. manat və ya 5,72% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 803,7 mln. manat və ya 15,2% artıb. 

Manatla depozitlərin həcmi artsa da, dollarla depozitlərin həcmi azalıb. Belə ki, manatla tələb olunanadək depozitlərin həcmi bir ayda 55,5 mln. manat və ya 3% artaraq 1 908,8 mln. manata, manatla müddətli depozitlərin həcmi isə son bir ayda 107,8 mln. manat və ya 4,99% artaraq 2 269,8 mln. manata çatıb.

Xarici valyutada olan depozitlərin həcmi isə fevralda 307,5 mln. manat və ya 6,1% azalaraq 4 685,5 mln. manat təşkil edib. Xarici valyutada müddətli depozitlərin həcmi son bir ayda 1 147 mln. manat və ya 8,4% azalaraq 12 421,2 mln. manata enib. 

"Depozitlərin həcminin azalması əhalinin gəlirlərinin azalması fonunda xərclərinin artması ilə izah olunur və bu tendensiyanın hələ bir müddət davam edəcəyi gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi