Yuxarı

​Azərbaycanda məcmu bank aktivləri bir aya 15% artıb

Bu, valyutada olan aktivlərin manat ekvivalentində dəyərinin artması ilə bağlıdır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri 2015-ci il martın 1-nə 28 632,5 mln. manat təşkil edib. Bu, əvvəlki ayın göstəricisi ilə müqayisədə 3 795 mln. manat və ya 15,3% çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yeni aylıq hesabatında bildirilir.

"Report"un analitik qrupu qeyd edir ki, fevral ayında müşahidə olunan bu 15%-lik artım ilk növbədə milli valyutanın devalvasiyası nəticəsində valyutada olan aktivlərin manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.

Bununla yanaşı, hesabat ayında bankların məcmu kredit qoyuluşları 2 117,4 mln. manat və ya 11,7% artaraq martın 1-ə 20 137,7 mln. manat təşkil edib. Bu artım da manatın devalvasiyası ilə əlaqədar olub. Belə ki, valyutada olan kreditlərin milli valyutada dəyərinin artması ümumi kredit portfelini nominal olaraq genişləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi