Azərbaycanda MDB ölkələrinin bank konfransı keçiriləcək

Azərbaycanda MDB ölkələrinin bank konfransı keçiriləcək Tədbir noyabrın 13-16-da Bakıda təşkil olunacaq
Maliyyə
1 Noyabr , 2014 11:16
Azərbaycanda MDB ölkələrinin bank konfransı keçiriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 13-16-da MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək. "Report"un xəbərinə görə, konfrans MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunur.

Konfransda iştirakçılar üzv ölkələr arasında strateji əməkdaşlıq, maliyyə-bank sistemlərinin inkişaf məsələləri, milli maliyyə bazarlarının restrukturizasiyasının problem və perspektivləri, eləcə də təşkilat ölkələrində İslam maliyyələşdirilməsi, birja strukturları və lizinqin inkişafı məsələləri, beynəlxalq pul köçürmələri bazarının inkişaf tendensiyalarını müzakirə edəcəklər.

Konfransın işində MDB ölkələrinin hökumət və müvafiq nazirliklərinin nümayəndələri, beynəlxalq inkişaf institutları, eləcə də MDB, Avropa və Asiya ölkələrinin milli və iri banklarının rəhbərləri iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi