Azərbaycanda martda gömrük daxilolmaları 16% artıb

Azərbaycanda martda gömrük daxilolmaları 16% artıb DGK xətti ilə martda dövlət büdcəsinə 202,2 mln. manat həcmində vergi və rüsumlar daxil olub
Maliyyə
7 Aprel , 2017 16:41
Azərbaycanda martda gömrük daxilolmaları 16% artıb
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin mart ayında dövlət büdcəsinə 202 177,30 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 28 523,82 min manat yaxud 16,43% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10 832,35 min manat yaxud 24,50% artaraq 55 049,40 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 14 782,81 min manat yaxud 11,86% artaraq 139 414,20 min manat, aksizlər üzrə 2 326,73 min manat yaxud 86,52% (1,9 dəfə) artaraq 5 020,50 min manat, yol vergisi üzrə daxilolmalar isə 579,93 min manat və ya 27,44% artaraq 2 693,20 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi