Yuxarı
    Bağlamaq

    Azərbaycanda marja ticarətinə dair qaydalar dəyişəcək

    İnvestisiya şirkətlərinə bir sıra məsələlərdə sərbəstlik veriləcəyi gözlənilir

    Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”a əlavə və dəyişikliklər ediləcək.

    “Report”un əldə etdiyi məlumata görə, hazırda bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital bazarına nəzarət Departamentinin, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin iştirakı ilə müzakirə olunur.

    Dəyişikliklərdən sonra şirkətlərə marja ticarəti (foreks əməliyyatları) zamanı platforma seçmək, xarici maliyyə qurumlarından likvidlik əldə etmək kimi məsələlərdə sərbəstlik veriləcəyi gözlənilir. Eləcə də, Azərbaycanda qəbul edilmiş törəmə maliyyə alətlərinin siyahısına yenidən baxılacağı istisna edilmir.

    Xatırladaq ki, Azərbaycanda hazırda qüvvədə olan marja ticarətinə dair qaydaları ötən ilin əvvəlində, o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda onun səlahiyyətləri MBNP-dədir) təsdiq edib. Bununla belə, yerli investisiya şirkətləri qaydalarda xeyli sayda çatışmazlıqların mövcud olması, onların qiymətli kağızlar bazarının tələblərinə tam cavab verməməsi qənaətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi