Azərbaycanda manatla pul kütləsinin həcmi 4% artıb

Azərbaycanda manatla pul kütləsinin həcmi 4% artıb Manatla M2 mayın 1-nə olan göstərici ilə müqayisədə 394,9 mln. manat və ya 4,28% artıb
Maliyyə
11 İyul , 2016 20:57
Azərbaycanda manatla pul kütləsinin həcmi 4% artıb

Bakı 11 iyul . REPORT.AZ/ Azərbaycanda manatla pul kütləsi (M2) iyunun 1-nə 9 600,7 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) istinadən verdiyi xəbərə görə, manatla M2 mayın 1-nə olan göstərici ilə müqayisədə 394,9 mln. manat və ya 4,28% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə geniş mənada manatla pul kütləsinin həcmi 1 450,7 mln. manat və ya 13,12% azalıb. 

Ümumiyyətlə, geniş mənada M2 həcminin rekord səviyyəsi 2014-cü ilin noyabr ayında 17 525,2 mln. manat, ilk devalvasiyadan etibarən minimal səviyyəsi isə bu ilin yanvar ayında 8001,7 mln. manat olaraq qeydə alınıb. Son göstərici maksimal səviyyədən 7 924,5 mln. manat və ya 45,21% aşağı, devalvasiyadan sonrakı minimal səviyyədən isə 1 599 mln. manat və ya 19,98% yuxarıdır.

Son xəbərlər

Orphus sistemi