Azərbaycanda manatla kreditlərin orta faiz dərəcəsi bu ilin ən aşağı həddinə düşüb

Azərbaycanda manatla kreditlərin orta faiz dərəcəsi bu ilin ən aşağı həddinə düşüb Sentyabrın 1-nə orta kredit dərəcələri manat ekvivalentində 13,72% təşkil edib
Maliyyə
12 Oktyabr , 2015 13:29
Azərbaycanda manatla kreditlərin orta faiz dərəcəsi bu ilin ən aşağı həddinə düşüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Avqust ayında Azərbaycanda verilmiş manatla kreditlər üzrə orta faiz dərəcələri 2015-ci ilin ən aşağı həddinə enib. "Report" Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, sentyabrın 1-nə manatla verilmiş orta kredit dərəcələri  13,72% təşkil edib.

Qeyd edək ki, manatla orta kredit faiz həddi sentyabrın 1-nə avqustun 1-i ilə müqayisədə 0,25 bənd və ya 1,8% azalıb. 2015-ci il yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə isə azalma 2,2 bənd və ya 13,8% təşkil edib.

Xarici valyutada sentyabrın 1-nə verilmiş kreditlər üzrə orta faiz dərəcələri 13,01% olub. Bu, avqustun 1-nə olan eyniadlı göstərici ilə müqayisədə 0,28 bənd və ya 2,2% çoxdur. 2015-ci il yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə verilmiş kreditlər üzrə faiz dərəcələri 4,18 bənd və ya 24,3% azdır.

Son xəbərlər

Orphus sistemi