​Azərbaycanda manatın dövretmə sürəti kəskin artıb

​Azərbaycanda manatın dövretmə sürəti kəskin artıb Bu, dövriyyədə olan pul kütləsinin sürətlə azalması ilə bağlıdır
Maliyyə
8 Sentyabr , 2015 12:46
​Azərbaycanda manatın dövretmə sürəti kəskin artıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin iyul ayı ərzində iqtisadiyyata cəmi kredit qoyuluşları 140,3 mln. manat və ya 0,6% azalaraq avqustun 1-nə 22 329,1 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşları illik müqayisədə 3 495,8 mln. manat və ya 18,6% artıb.

Qeyd edək ki, manatla geniş pul kütləsi iyul ayında 138,3 mln.manat və ya 1,3% azalaraq 2015-ci il avqustun 1-nə 10 853,5 mln. manat təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 6 581,6 mln. manat və ya 37,7% azalıb.

Xatırladaq ki, manatla geniş pul kütləsi dövriyyədə olan əsginas, manatla depozit və əmanətləri əhatə edir. Məhz bu səbəbdən manatın dövretmə sürəti artaraq 2011-ci ilin iyul ayından etibarən ən yüksək həddə - 5,06-ya çatıb. Manatın dövretmə sürətinin artmasına səbəb isə dövriyyədə olan pul kütləsinin azalması sürətinin inflyasiya və ÜDM-in artım tempini üstələməsi ilə bağlıdır. Belə ki, iyulun 1-nə bu göstərici 4,78, keçən ilin avqustun 1-nə isə 3,34 olub.

Son xəbərlər

Orphus sistemi