Yuxarı

Azərbaycanda manat və dollar əmanətlərinin gəlirliyi arasında fərq artır

Mixael Hofman: İnsanlar başa düşüb ki, manat və dollar depozitlərinin gəlirliyi eyni ola bilməz

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında manat və dollarda yerləşdirilən əmanətlərin gəlirliyi arasında ən yüksək fərq "Access Bank" QSC-də müşahidə olunur. "Report"un verdiyi xəbərə görə, bunu "Access Bank"ın baş meneceri Mixael Hofman (Michael Hoffman) bildirib.

"Burada əsas məsələ odur ki, əhali yenidən vəsaitlərini manat əmanətlərinə yatırsın. Hazırda insanlar başa düşüblər ki, manat və dollar əmanətlərinin gəlirliyi eyni ola bilməz. Yəni insanları milli valyutada olan əmanətlərə cəlb etmək üçün manat depozitləri dollara nisbətən daha yüksək gəlirliklə təklif edilir", - bankın rəhbəri vurğulayıb.

Qeyd edək ki, hazırda "Access Bank"da dollarda əmanətlər üzrə illik gəlirlik 5%, manatda 15%-dir. 

Xatırladaq ki, bankın depozit portfeli illik müqayisədə 24,7% artaraq 2015-ci il aprelin 1-nə 297,8 mln. manata çatıb. Bunun 176,8 mln. manatı və ya 59%-i xarici, 121 mln. manatı və ya 41%-i milli valyutanın payına düşüb. Əhalinin əmanətləri isə illik müqayisədə 27,6% artaraq 269,8 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi