Yuxarı

Azərbaycanda manat kreditləri bahalaşıb

Xarici valyutada verilən kreditlərin faiz dərəcəsi isə azalıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi azalıb. Cari ilin mart ayında fevrala nisbətən faizlər manatla kreditlər üzrə 0,13 faiz bəndi azalaraq illik 14,02%, xarici valyuta ilə verilmiş kreditlər üzrə 0,18 faiz bəndi azalaraq 12,90% təşkil edib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, orta faiz dərəcəsi fiziki şəxslər üzrə manatla 18,65%-dən 18,39%-ə, xarici valyuta ilə isə 21,75%-dən 21,42%-ə düşüb. Hüquqi şəxslər üzrə isə bu göstəricilər müvafiq olaraq 0,03 faiz bəndi azalaraq 9,75% və 0,05 faiz bəndi azalaraq 8,84% təşkil edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 13,81%, xarici valyuta ilə verilən kreditlər üzrə 14,07% olub. Beləliklə, martda ilin əvvəli ilə müqayisədə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsində artım, xarici valyutada verilən kreditlərdə isə əksinə, azalma müşahidə olunub. Fiziki şəxslərə kredit verilişinə gəldikdə isə hər iki halda azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu göstəricilər müvafiq olaraq 18,53% və 21,52% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi