Yuxarı

Azərbaycanda manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılıb

Bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb: “Təbii ki, sığortalı əmanətlərin faizinin artırılması bankların cəlb etdiyi vəsaitləri bahalaşdıracaq, amma təcrübə göstərir ki, tədricən faizlərdə azalma olur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi