Azərbaycanda manat əmanətləri azalır

Azərbaycanda manat əmanətləri azalır Xarici valyutada olan əmanətlərin payı 71%-ə çatıb
Maliyyə
26 İyun , 2015 13:22
Azərbaycanda manat əmanətləri azalır

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanda manat əmanətlərinin həcmi azalmaqda davam edir. Manat əmanətləri 2015-ci ilin aprel ayında daha 451 mln. manat və ya 16,8% azalaraq mayın 1-nə 2 245,1 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat ayında xarici valyutada olan əmanətlərin həcmində isə artım müşahidə olunub. Xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi 387,6 mln. manat və ya 7,6% artaraq mayın 1-nə 5 472,2 mln. manata çatıb.

Qeyd edək ki, manatla əmanətlərin azalması, xarici valyutada isə əksinə artımı fevral ayından başlayıb və bu tendensiya sonrakı aylarada da xas olub. Fevralda manatla əmanətlərin həcmi 30,1%, martda 9,7% azalıb. Xarici valyutada isə əmanətlərin həcmi fevralda 73,8%, martda 2,8% artıb.

Statistikaya əsasən, mayın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 7 717,2 mln. manat təşkil edib ki, bunun da 29,1%-i milli valyutada, 70,9%-i xarici valyutada yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi