Azərbaycanda maliyyə sektorunda çalışanların sayı bu il 19% azalıb

Azərbaycanda maliyyə sektorunda çalışanların sayı bu il 19% azalıb Bu il maliyyəçilərin 6,3 mini peşəsindən əl çəkib
Maliyyə
21 Sentyabr , 2016 15:19
Azərbaycanda maliyyə sektorunda çalışanların sayı bu il 19% azalıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əmək haqqı 1 202,2 manat təşkil edib. 

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyəçilərin sayında 4,6 min nəfər və ya 15% azalma olub. 2015-ci ilin müvafiq dövründə işçilərin sayı 31,3 min nəfər, onların orta aylıq nominal əmək haqqı isə 1 205,8 manat təşkil edib.

Statistikaya əsasən, son 26 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb. Bu göstərici 2005-ci ildə 18,1 min nəfər, 2010-cu ildə 24,4 min nəfər, 2011-də 26,3 min nəfər, 2012-ci ildə 26,9 min nəfər, 2013-cü ildə 30,6 min nəfər, 2014-cü ildə 32,8 min nəfər, 2015-ci ildə 33 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, 2014-cü ildə maliyyə və sığorta fəaliyyəti üçün 6 785 nəfər işə qəbul edilib, 4 403 nəfər işdən kənarlaşdırılıb. Bunlardan 3 484 nəfəri öz xahişi ilə işdən çıxıb, 204 nəfəri ixtisara düşüb, 715 nəfər isə digər səbəblərə görə peşəsindən əl çəkib. 

Son nəticə bu ilin ilk 7 ayında maliyyə və sığorta sahəsində çalışanların sayı 6,3 min nəfər və ya 19,1% azalıb. 

Xatırladaq ki,  sentyabrın 1-nə olan məlumatlar oktyabrın ikinci yarısında açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi