Azərbaycanda maliyyə sektoruna qoyulan investisiyalar artıb

Azərbaycanda maliyyə sektoruna qoyulan investisiyalar artıb Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində maliyyə sektoruna investisiya qoyuluşu 3,5 mln. manat təşkil edib.
Maliyyə
16 İyun , 2018 13:12
Azərbaycanda maliyyə sektoruna qoyulan investisiyalar artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində maliyyə sektoruna investisiya qoyuluşu 3,5 mln. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Beləliklə, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 0,1%-i məhz maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 240,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% az vəsait yönəldilib. 

Son xəbərlər

Orphus sistemi