Azərbaycanda maliyyə sektoru subyektlərinin sayı azalır

Azərbaycanda maliyyə sektoru subyektlərinin sayı azalır Bu ilin ilk 9 ayında 117 subyekt ləğv edilib
Maliyyə
19 Oktyabr , 2016 13:52
Azərbaycanda maliyyə sektoru subyektlərinin sayı azalır

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı 2016-cı il oktyabrın 1-nə 1 545, o cümlədən kommersiya təşkilatları 1 513 ədədə enib. "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə müəssisə və təşkilatların sayında 2,9% azalma qeydə alınıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində maliyyə və sığoirta fəaliyyəti ilə məşğul olan 70 ədəd yeni müəssisə və təşkilat yaradılıb, 117-si isə ləğv edilib.

Rəsmi statistikaya əsasən, oktyabrın 1-nə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəsisə və təşkilatların cəmi təsərrüfat subyeklərində xüsusi çəkisi 1,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi