Yuxarı
    Bağlamaq

    Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq

    Yeni qurumda Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərləri təmsil olunacaq

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda gələcəkdə Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərlərinin təmsilçiliyi ilə maliyyə sabitliyi komitəsi və yaxud şurası kimi məşvərətçi orqanın yaradılması mümkündür. 

    “Report”un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı məlumat verib.

    "İşçi Qrupu tərəfindən bu qurumlar arasında imzalanması üçün müvafiq memorandumun layihəsi hazırlanıb", - deyə R.Aslanlı vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi