Azərbaycanda maliyyə müəssisələrinin sayı 4% artıb

Azərbaycanda maliyyə müəssisələrinin sayı 4% artıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə sektorunda müəssisə və təşkilatların sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq bu il oktyabrın 1-nə 1695-ə yüksəlib.
Maliyyə
18 Oktyabr , 2018 18:00
Azərbaycanda maliyyə müəssisələrinin sayı 4% artıb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə sektorunda müəssisə və təşkilatların sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq bu il oktyabrın 1-nə 1695-ə yüksəlib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-sentyabr ayları ərzində 83 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub. Beləliklə, 1 oktyabr tarixinə ölkədəki müəssisə və təşkilatların cəmində maliyyə sektorunun xüsusi çəkisi 1,3% təşkil edib.

2018-ci il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,3% artaraq 2018-ci il oktyabrın 1-i vəziyyətinə 127 221 olub.

Artım iqtisadiyyatın “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Emal sənayesi” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Son xəbərlər

Orphus sistemi