Azərbaycanda M2 pul aqreqatı 3% artıb

Azərbaycanda M2 pul aqreqatı 3% artıb Son bir ildə M2 aqreqatı 16% azalıb
Maliyyə
16 İyun , 2016 10:24
Azərbaycanda M2 pul aqreqatı 3% artıb

Bakı. 16 iyun . REPORT.AZ/ Azərbaycanda manatla geniş mənada pul kütləsi (M2) may ayının 1-nə 9 205,8 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, M2 aqreqatı aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 262,8 mln. manat və ya 2,9% artıb. 

Keçən ilin analoji dövrü ilə müqayisədə isə geniş mənada manatla pul kütləsinin həcmi 1 798,2 mln. manat və ya 16,3% azalıb. 

Ümumiyyətlə, M2 aqreqatının rekord səviyyəsi 2014-cü ilin noyabrında (17 525,2 mln. manat) qeydə alınıb, ilk devalvasiyadan etibarən minimal səviyyəsi isə bu ilin yanvarında (8 001,7 mln. manat) müşahidə olunub. Son göstərici maksimal səviyyədən 8 319,4 mln. manat və ya 47,5% az, devalvasiyadan sonrakı minimal səviyyədən isə 1 204,1 mln. manat və ya 15% artıqdır. 

Qeyd edək ki, M2 pul aqreqatı özündə nağd manat kütləsi ilə manatda olan bütün əmanət və depozitləri əks etdirir.

Son xəbərlər

Orphus sistemi