Yuxarı

Azərbaycanda daha bir lizinq şirkəti nizamnamə kapitalını artırır

Union Leasing şirkəti səhmlərini yeni parametrlərə konvertasiya edəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Union Leasing" ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 manat, sayı 4 000 ədəd, emissiyanın ümumi həcmi 40 min manat təşkil edir.

Qeys edək ki, yerləşdirmə "Union Leasing" ASC-nin hər birinin nominal dəyəri 1 manat olan 4 000 ədəd hazırı səhmlərinin yeni parametrlərə konvertasiya yolu ilə həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi