Azərbaycanda listinqdən keçmiş emitentlərin elektron məlumat bazası yaradılıb

Azərbaycanda listinqdən keçmiş emitentlərin elektron məlumat bazası yaradılıb BFB-nin yeni internet saytı ictimaiyyətə təqdim olunub
Maliyyə
16 Noyabr , 2015 13:42
Azərbaycanda listinqdən keçmiş emitentlərin elektron məlumat bazası yaradılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 15 illiyi ilə əlaqədar istifadəçilərə və investorlara yeni xidmətlər təklif etmək və BFB-nin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə korporativ internet səhifəsini fərqli tərtibatda və geniş formatda yenidən işləyərək istifadəyə verilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, BFB-nin tamamilə yenilənmiş internet saytının əsas yeniliklərindən biri BFB-də listinqdən keçmiş emitentlərin ilk elektron məlumat bazasının yaradılmasıdır. Belə ki, saytın istifadəçiləri emitentlər barədə məlumatları (emissiya prospekti, maliyyə hesabatlılığı, korporativ idarəetmə strukturu, korporativ hadisələr, emitentin birjada ticarət olunan qiymətli kağızları barədə məlumatlar) qısa yolla və operativ şəkildə əldə edəcəklər, bütün məlumatlar BFB-nin vahid elektron bazasında toplanacaq. Veb-saytda maarifləndirmə, listinq, korporativ idarəetmə və hesabatlılıq istiqamətlərinə geniş yer ayrılıb.

Saytın yenilikləri arasında, həmçinin istiqrazların hesablanması üçün onlayn kalkulyatorun təqdim olunması, sayt vasitəsilə emitentlərin BFB-də listinqə onlayn müraciət edə bilmə imkanı və digər müxtəlif elektron xidmətlərin yaradılmasıdır. Yeni sayt geniş ictimaiyyət, o cümlədən emitentlər, investorlar, birja üzvləri, tələbələr üçün nəzərdə tutulub.

"Ümumilikdə, BFB-nin saytının yeni versiyası daha interaktiv və dinamik olmaqla yanaşı, dizayn və funksionallıq baxımından bu sahədə tətbiq edilən qabaqcıl informasiya texnologiyaları həllərindən istifadə edilməklə hazırlanıb", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi