Azərbaycanda kreditlərin sığortası üzrə daxilolmalar artıb

Azərbaycanda kreditlərin sığortası üzrə daxilolmalar artıb Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda kreditlərin sığortasına maraq artıb.
Maliyyə
23 Fevral , 2019 16:30
Azərbaycanda kreditlərin sığortası üzrə daxilolmalar artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda kreditlərin sığortasına maraq artıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayı ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 8,4 min manat olub. Bu 2018-сi ilin yanvar ayındakı göstəricidən 7,8 min manat və ya 14 dəfə çoxdur.

Bu ilin fevralın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ildə də kreditlərin sığortası üzrə ödənişlər olmayıb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 1 mln. 860,1 min manat olub.

Son xəbərlər

Orphus sistemi