Azərbaycanda kreditlərə zəmanət fondunun yaradılması təklif olunur

Azərbaycanda kreditlərə zəmanət fondunun yaradılması təklif olunur Bununla yanaşı, kreditorların hüquqlarının qorunması ilə bağlı qanuna ehtiyac var
Maliyyə
31 May , 2017 12:04
Azərbaycanda kreditlərə zəmanət fondunun yaradılması təklif olunur

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda kreditorların hüquqlarının qorunması məqsədi ilə qanuna ehtiyac var.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Bundan başqa, onun sözlərinə görə, ölkədə bankların verdiyi kreditlərə zəmanət fondu da yaradılmalıdır: "Bu fond kreditlərin illik faiz dərəcələri ilə bağlı məsuliyyətin bir hissəsini üzərinə götürməlidir. Hazırda banklar manatda 15%-lə əmanət cəlb edir, risklər nəzərə alınmaqla kreditlərin maya dəyəri 24-25%-ə çatır. Bu cür yüksək faizlə kiçik və orta biznesə kedit vermək çətindir, odur ki, zəmanət fonduna ehtiyac var". 

Son xəbərlər

Orphus sistemi