Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kreditlər üzrə faizlər artıb

    Həm hüquqi, həm də fiziki şəxslərə xarici valyuta ilə verilmiş kreditlər bahalaşır

    Bakı. 10 mart. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda maliyyə-kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi əvvəlki ayla müqayisədə artıb. Bu müddətdə manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 0,06 faiz bəndi artaraq 18,59%, xarici valyuta ilə verilmiş kreditlər üzrə 0,75 faiz bəndi artaraq 22,27%-ə yüksəlib.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla azalsa da, xarici valyuta ilə verilən kreditlər üzrə artıb. Hesabata əsasən, hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 9,99%-dən 9,74%-ə düşüb. Xarici valyuta ilə verilən kreditlərdə isə əksinə, 9,18%-dən 9,22%-ə qalxıb.

    Ümumilikdə, manatla verilmiş kreditlər əvvəlki aya nisbətən 0,10 faiz bəndi bahalaşaraq 13,71%, xarici valyutada isə 0,21 faiz bəndi artaraq 14,28% təşkil edib.

    Bu müddətdə banklararası kreditlər üzrə orta faiz dərəcəsində də artım müşahidə olunub. Belə ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 7,94%-dən 8,02%-ə, xarici valyuta ilə verilən kreditlər üzrə isə 4,40%-dən 4,78%-ə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi