Azərbaycanda kredit tarixçəsi ilə bağlı müraciətlər 2 dəfə artıb

Azərbaycanda kredit tarixçəsi ilə bağlı müraciətlər 2 dəfə artıb Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin I yarısında “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) xidmətindən 30 bank və 36 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib və quruma 665 190 sorğu göndərib.
Maliyyə
10 İyul , 2018 15:45
Azərbaycanda kredit tarixçəsi ilə bağlı müraciətlər 2 dəfə artıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/  Bu ilin I yarısında “Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) xidmətindən 30 bank və 36 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib və quruma 665 190 sorğu göndərib.

“Report” Büroya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründə Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə göndərilmiş sorğuların sayı ilə müqayisədə 335 119 sorğu və yaxud 2 dəfə çoxdur.

Hesabat dövründə sorğuların 598 535-i banklardan, 66 655-i BOKT-lardan daxil olub. Bununla yanaşı, 1 652 fiziki və 15 hüquqi şəxs də Büroya sorğu ilə müraciət edib.

Xatırladaq ki, AKB ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə bu il yanvarın 15-də yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

AKB bu il martın 6-dan kredit tarixçələrinin realizasiyasına başlamışdır. Hazırda Büro ilə müqavilə imzalamış kredit təşkilatların sayı 117-dir. 

Son xəbərlər

Orphus sistemi