Azərbaycanda kredit sığortası bazarı kəskin artıb

Azərbaycanda kredit sığortası bazarı kəskin artıb Kredit sığortası üzrə yığımlar 50%, ödənişlər isə 19 dəfə artıb
Maliyyə
23 Noyabr , 2015 12:33
Azərbaycanda kredit sığortası bazarı kəskin artıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqları illik müqayisədə 3 dəfə artaraq 2,7 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, kreditlərin sığortasında yığım 1,5 dəfə artaraq 622 min manat, deputatların icbari şəxsi sığortasında isə 2 dəfə artaraq 104 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 31,5% artaraq 57,7 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 7,7% artaraq 362 min manat, tibbi sığortada 2,7% artaraq 60,7 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,2% artaraq 28,2 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 36,5% artaraq 1,1 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 4,8% artaraq 28 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 55,5% artaraq 22,9 mln. manat, avtomobillərin icbari sığortasında isə 10,3% artaraq 64,9 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 38,7% azalaraq 1,2 min manata düşüb.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 18,3% azalaraq 11,4 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 27,1% azalaraq 7,1 mln. manat, səfər sığortasında 1,2% azalaraq 1,8 mln. manat, avtomobillərin könüllü sığortasında 22,1% azalaraq 24,7 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 10% azalaraq 304 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 12,6% azalaraq 111 min manat təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 19,2 dəfə artaraq 128 min manat təşkil edib. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında ödeniş 2,7 dəfə artaraq 61 min manat, ümumi mülki məsuliyyətin sığortasında isə 2,6 dəfə artaraq 290 min manat olub.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 2,1 dəfə artaraq 1,95 mln. manat, həyatın yaşam sığortasında 41% artaraq 31,7 mln. manat, tibbi sığortada 5,2% artaraq 41,8 mln. manat, səfər sığortasında 2,4% artaraq 238 min manat, avtomobillərin icbari sığortasında isə 9,9% artaraq 27,2 mln. manat təşkil edib.

Bu müddətdə sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş 78,1% azalaraq 14 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 75% azalaraq 2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 29,6% azalaraq 891 min manat, səfər sığortasında 29,1% azalaraq 139 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 29,2% azalaraq 5 mln. manat, kasko sığortasında 13,7% azalaraq 20,3 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 72,1% azalaraq 149 min manat olub, istehsalatda bədbəxt hadisələrdən sığortada 5% azalaraq 1,95 mln. manat, daşınmaz əmlakın icbari sığortasında isə 40,5% azalaraq 1 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında ödəniş 75,4% azalaraq 0,9 min manat olub.

Son xəbərlər

Orphus sistemi