Azərbaycanda kredit qoyuluşunda paytaxtın xüsusi çəkisi artıb

Azərbaycanda kredit qoyuluşunda paytaxtın xüsusi çəkisi artıb Azərbaycanın iqtisadi rayonları arasında ən bahalı kreditlər Aran, ən ucuz isə Naxçıvan iqtisadi rayonunda verilib
Maliyyə
16 Yanvar , 2017 19:15
Azərbaycanda kredit qoyuluşunda paytaxtın xüsusi çəkisi artıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda regionların kreditləşməsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 704 359,9 min manat və ya 22,1% azalaraq 2016-cı il dekabrın 1-nə 2 479 002,9 min manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, regionların kreditləşməsinin məcmu kreditlərdə xüsusi çəkisi də illik müqayisədə 1,75% bəndi azalaraq 2016-cı il dekabrın 1-nə 15,23% təşkil edib.

Azərbaycanın iqtisadi rayonları arasında ən bahalı kreditlər Aran, ən ucuz isə Naxçıvan iqtisadi rayonunda verilib. Belə ki, 2016-cı il dekabrın 1-nə əsasən Azərbaycanda kreditlər üzrə ən yüksək orta faiz dərəcəsi 22,6% olmaqla Aran iqtisadi rayonunda, ən aşağı isə Bakı şəhərindən sonra (9,2%) 12,6 olmaqla Naxçıvan iqsadi rayonunda qeydə alınıb.

Ölkə üzrə cəmi kredit qoyuluşunun 607 190,9 min manat və ya 3,7%-i Aran, 113 028,4 min manat və ya 0,69%-i Naxçıvan iqtisadi rayonun payına düşüb. Məcmu kreditlərin 84,8% və ya 13 796 486,6 min manatı Bakı şəhərinin payına düşüb ki, burada da orta faiz dərəcəsi 9,2% olub. 

Xatırladaq ki, Azərbaycanda cəmi kredit qoyuluşu 16 275 489,5 min manat, orta faiz dərəcəsi 10,8% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi