Azərbaycanda kredit qoyuluşları 2% azalıb

Azərbaycanda kredit qoyuluşları 2% azalıb Real olaraq azalan kreditləşmənin manat ifadəsində artması mümkündür
Maliyyə
10 Mart , 2016 11:58
Azərbaycanda kredit qoyuluşları 2% azalıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il fevral ayının 1-nə 24 157,5 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 2015-ci ilin yekunu ilə müqayisədə 423,4 mln. manat və ya 1,72% azalıb. 

Qeyd edək ki, 2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra kredit qoyuluşları dollarda olan kreditlərin manat ekvivalentində artması nəticəsində artım nümayiş edib. Lakin bu ilin yanvarında 2015-ci ilin fevral devalvasiyasından etibarən müşahidə olunan azalma tendensiyasını davam etdirib. Belə ki, 2015-ci ilin fevralında 22 575,7 mln. manat olan kredit qoyuluşu noyabr ayında 903,2 mln. manat və ya 4% azalaraq 21 672,5 mln. manata enib.

İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 3 896,9 mln. manat və ya 19,2% artıb. "Report"un analitik qrupu kredit qoyuluşlarının real olaraq azalacağını ehtimal edir. Lakin manatın məzənnəsinin düşməsi nəticəsində nominal olaraq kredit qoyuluşları arta bilər.

Son xəbərlər

Orphus sistemi