Azərbaycanda kredit porfelinin 10%-dən çoxu problemlidir

Azərbaycanda kredit porfelinin 10%-dən çoxu problemlidir Vaxtı keçmiş kreditlərin məbləği 1,6 mlrd. manata yaxınlaşır
Maliyyə
9 İyun , 2017 15:59
Azərbaycanda kredit porfelinin 10%-dən çoxu problemlidir

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1,594 mlrd. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 3,7 mln. manat və yaxud 0,2% çoxdur.

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 mln. manat və yaxud 8,25%, son 1 ildə isə 212,7 mln. manat və yaxud 15,4% artıb.

Qeyd edək ki, aprelin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,3% paya malik olub. Bu nisbət martın sonunda 10,2%, ötən ilin sonunda 8,95%, 1 il bundan əvvəl isə 7,4% olub. 

Son xəbərlər

Orphus sistemi